AZ

Şəkər xəstələri oruc tuta bilər? - Həkim DANIŞDI

"Diabet pasientlərində uzun müddət aclıq qəfil şəkər enmələrinə və qida qəbulu zamanı qəfil yüksəlmələrə səbəb olur. Bu halda pasientlər aralıqlı oruc müddətində özünü pis hiss edə, təzyiqi düşə və ya qalxa bilər, bunu proqnozlaşdırmaq mümkün deyil".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.

Həkim tövsiyə etdi ki, bu pasientlər qrupunda oruc mütləq həkimin nəzarəti altında olsun.

"Baxın, diabetlərlə bağlı maraqlı bir vəziyyət var: artıq dünyada bunu nəzarət edəcək tətbiqlər və hər dəqiqə SMS göndərən elmi təsdiqi olan qurğular mövcuddur. Məhz bunlardan istifadə edərək insanlar öz şəkərini tənzimləyərək, bütün sağlam insanlar kimi, onlar da oruc tuta bilərlər", - deyə E.Məmmədov vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
10
1
redaktor.az

2Mənbələr