AZ

Ağızdan gələn qoxu normal haldır? - Həkimdən AÇIQLAMA

"İnsan uzun müddət ac qalanda mədənin mikroflorası dəyişir, çürüdücü bakteriyaların miqdarı artır. Eyni proses ağız boşluğunda da baş verir. Bu, tam bir xəstəlik problemi hesab olunmur".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.

Həkim bildirdi ki, əgər ağız qoxusu daimi olaraq həm xəstəni, həm də ətrafındakı insanları narahat edəcək səviyyədədirsə, araşdırmaya ilk növbədə ağız boşluğundan başlamaq lazımdır:

"Çünki tədqiqatlar göstərir ki, insan mədə-bağırsaq mikroflorası ağızdan keçir, orada əmələ gəlir və aşağı traktlara, qida borusunun aşağı hissəsinə ötürülür. Ona görə birinci növbədə dişlərə, diş sağlamlığına, damaq sağlamlığına diqqət yetirilməlidir. Bundan əlavə, helikobakter pylori mədə mikrobunu inkar etmək olmaz, çünki bu da ağız boşluğundan gələn bir faktordur".

Nuriyyə NATİQQIZI

Seçilən
12
1
redaktor.az

2Mənbələr