AZ

“Tottenhem”in ən çox qazanan futbolçusu məlum oldu

“Tottenhem” klubunda hazırda ən yüksək maaş alan futbolçunun kimliyi açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Matt Hughes “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

Bildirilib ki, “şporlar”ın ən çox qazanan oyunçusu yarımmüdafiəçi Konor Qallaherdir.  

İngiltərəli futbolçu “Tottenhem”də həftəlik təxminən 200 min funt sterlinq qazanır. Onun klubla müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

26 yaşlı futbolçu bu ilin qış transfer pəncərəsində "Atletiko Madrid" klubundan London təmsilçisinə keçib. Transferin məbləği 40 milyon avro təşkil edib.

Cari mövsümdə İngiltərə Premyer Liqasında yarımmüdafiəçi altı oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
1
90deqiqe.az

1Mənbələr