AZ

Zəngəzur dəhlizi Türk dünyasında əməkdaşlığı gücləndirəcək - Fuat Oktay

BAKI,TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyət daşıdığını bildirib.

TurkicWorld xəbər verir ki, Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib ki, Zəngəzur dəhlizi Türk dünyası arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.

Onun sözlərinə görə, sözügedən təşəbbüs yalnız nəqliyyat xətti kimi deyil, eyni zamanda regionda sabitlik və iqtisadi inkişaf baxımından mühüm rol oynayacaq. Oktay hesab edir ki, layihə bölgədə davamlı sülhün formalaşmasına da töhfə verə bilər.

Komitə sədri vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməklə kifayətlənməyəcək, eyni zamanda Azərbaycan və Türkiyə başda olmaqla, bütün Türk dünyası ölkələri arasında münasibətlərin genişlənməsinə şərait yaradacaq.

Fuat Oktay əlavə edib ki, bölgədə sülh mühitinin güclənməsi halında layihə gələcəkdə Rusiya və İran üçün də yeni imkanlar aça bilər. O bildirib ki, dəhlizin reallaşması Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması ilə sıx bağlıdır.

Komitə sədri ümidvar olduğunu qeyd edərək, layihənin yaxın zamanda həyata keçirilməsinin region üçün mühüm dönüş nöqtəsinə çevrilə biləcəyini bildirib.

Seçilən
3
turkic.world

1Mənbələr