AZ

İmsak və iftardan dərhal sonra yatmaq olar? - Həkimdən XƏBƏRDARLIQ

"İstər oruc tutan və ya tutmayan şəxs olsun, əgər yemək yedikdən dərhal sonra yatırsa, bu, birbaşa qanda şəkərin səviyyəsini artırır və metabolik aktivliyi aşağı salır, həzm prosesini ləngidir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.

Həkimin sözlərinə görə, mədə turşusu mədənin divarından qidanın üzərinə səpilir və bu, həzmin yaxşı getməsinə kömək edir:

"Əgər insan yeməkdən sonra uzanırsa, qida düzgün həzm olunmur, mədədə daş kimi yığılıb qalır və bu, şəxsin halının pisləşməsinə, ürəyin bulantı hiss etməsinə və digər narahatlıqlara səbəb ola bilər. Ona görə yeməkdən dərhal sonra yatmağı tövsiyə eləməzdim. Son bir il ərzində maraqlı elmi çalışmalar göstərir ki, insan istənilən şəkərli məhsulu yedikdən sonra 15-20 dəqiqə gəzirsə, onun qanda şəkəri daha stabildir və ani artım baş vermir".

Nuriyyə NATİQQIZI

Seçilən
11
redaktor.az

1Mənbələr