AZ

Sakit okeanda GƏRGİNLİK - Yaponiyadan raket addımı

Yaponiya Müdafiə Naziri Şindziro Koizumi hökumətin 2030-cu ilin sonuna qədər Tayvanın şərq sahilindən 108 kilometr uzaqlıqda yerləşən Yonaguni adasına hava müdafiə raketləri birliyi yerləşdirməyi planlaşdırdığını bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya ilə Çin arasında Tayvan məsələsi üzərindəki diplomatik gərginlik davam edərkən Yaponiya hökumətindən diqqət çəkən bir açıqlama gəlib.

Yaponiya Müdafiə Naziri Şindziro Koizumi hökumətin 2031-ci ilin mart ayında sona çatan 2030-cu il maliyyə ili ərzində Tayvanın şərq sahilindən 108 kilometr məsafədə yerləşən Yonaguni adasına hava müdafiə raketləri birliyi yerləşdirməyi planlaşdırdığını açıqlayıb. Bu sahədə işlərin davam etdiyini bildirən Koizumi "Lazım olan infrastrukturun hazırlanması da daxil olmaqla, əlaqədar işlər davam edir" - deyib.

Koizumi təklif olunan təqvimin fiziki şərtlərin hazır olmasına bağlı olduğunu vurğulayıb və "Amma biz 2030-cu ilin maliyyə ili üçün planlama aparırıq" - deyə əlavə edib.


Seçilən
4
manset.az

1Mənbələr