AZ

Ağ Evdə şou hazırlanır: İştirakçılar Oval Ofisdən çıxacaqlar

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Ultimate Fighting Championship" (UFC) təşkilatı Ağ Evdə turnir təşkil etmək üçün 60 milyon dollara qədər pul xərcləyəcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "MMA Fighting" portalı məlumat yayıb.

Sözügedən tədbir çərçivəsində UFC tərəfindən Ağ Evin çəmənliyində oktaqon və tamaşaçı tribunalarının quraşdırılması nəzərdə tutulur. İdmançıların döyüş səhnəsinə birbaşa Oval Ofisdən daxil olacaqları ehtimal edilir.

Turnirin 14 iyun tarixində baş tutması və Müstəqillik Bəyannaməsinin 250 illik yubileyinə həsr olunması planlaşdırılır. Bu hadisə Ağ Evdə təşkil edilən ilk peşəkar idman yarışı kimi tarixə düşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
oxu.az

3Mənbələr