AZ

Mehmet Ali Erbil və Gülseren Ceylanın evliliyinə son qoyuldu

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur türkiyəli şoumen Mehmet Ali Erbil və ondan 42 yaş kiçik həyat yoldaşı Gülseren Ceylan 7 ay davam edən evliliklərinə son qoyublar.

Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən xəbər verir.

Məhkəmədə tərəflərdən heç biri iştirak etməyib, vəkillərinə verdikləri ərizə ilə evlilik sonlandırılıb.

Qeyd edək ki, aralarında 42 yaş fərqi olan Mehmet Ali Erbil və Gülseren Ceylan ötən avqust ayında evlənmişdilər və nikah masasına oturduqları gündən boşanma və barışma xəbərləri ilə gündəmdə idilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
oxu.az

1Mənbələr