AZ

Televiziyalarda nə baş verdiyini hər kəs yaxşı bilir



Azərbaycan televiziyalarında islahatlara start verildi. Bəzi bayağı verilişlərin bağlandığı xəbərləri yayılıb. Deyilənə görə proses davam edəcək. Əlbətdə ki, bununla bağlı son günlər ictimai qınağ dalğası öz sözünü dedi, desək yanılmarıq. Bu istiqamətdə işlər davam etməlidir. Çünki, TV-lərdə nə baş verdiyini hər kəs yaxşı bilir. Qonşu ölkələrin televiziya ilə bağlı standartlarına baxırıq və daha sonra bizim standartlara baxırıq, əyər bu verlişləri standartlar çərçivəsində adlandırmaq olarsa, böyük fərqi görməmək mümkün deyil. Verlişlərin hazırlanmasında əsasən ailə və toplum dəyərlərini görməzdən gəlmək və o dəyərləri ,,əzmək,, prinsipi açıq şəkildə ortada idi. Verlişlər topluma və xüsusilə də kiçik yaşlılara qarşı pis bir nümunə olaraq sistemli şəkildə daha da,,inkişaf,, yolunu tutub gedirdi. Əslində bunun qarşısının alınması da gözlənilən idi. Çünki bu verlişlər, toplumun dininə, mədəniyyətinə, adət və ənənəsinə,hislərinə və ümumiyyətlə klassik yaşam tərzinə uyğun deyildi. Bu səbəbdən, bu verlişlərin bağlanması təqdirəlayiqdir və hesab edirəm ki, Azərbaycan cəmiyyətində bu addım yüksək şəkildə qiymətləndiriləcək.
Seçilən
8
1
newscenter.az

2Mənbələr