AZ

Gürcüstan parlamentinin sədri Zelenskini nankor adlandırıb

ain.az bildirir, 525.az portalına istinadən.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Prezidenti Volodimir Zelenskini nankor insan adlandırıb.

525.az xəbər verir ki, bu barədə o, Gürcüstan da daxil olmaqla 107 ölkənin dəstəklədiyi BMT-nin Ukrayna ilə bağlı qəbul etdiyi qətnamə barədə danışarkən deyib.

Xatırladaq ki, ABŞ, Çin və Macarıstan daxil olmaqla 51 ölkə bitərəf qalıb,  12 dövlət qətnamənin əleyhinə səs verib.

Papuaşvili sual edib ki, Zelenski Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edəndə Böyük Britaniya harada idi. 

“O, nankor adamdır, bunu tək mən demirəm. Amerika Prezidenti ona heç olmasa bir az minnətdarlıq göstərməsini söylədi. Zelenski nə Amerikaya, nə də Gürcüstana minnətdarlıq etmir. Biz Ukrayna xalqını dəstəkləyirik”, - spiker deyib.

Əlavə edib ki, Zelenski Gürcüstandan səfirini geri çağırdı, çünki biz gürcüləri döyüşməyə və ölməyə göndərmədik: “Qoy təşəkkür etsinlər, amma ümumilikdə onların minnətdarlığına ehtiyacımız yoxdur. Biz bütün bunları Ukrayna xalqı üçün edirik və Zelenskinin özü haqqında son hökmü Ukrayna xalqı verəcək", - Papuaşvili bildirib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
525.az

1Mənbələr