AZ

Uşaqlar oruc tuta bilər?

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ramazanla bağlı səsləndirilən bütün dietik yanaşmalar əsasən yetkin şəxslərə aiddir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, uşaqlar inkişaf dövründə olduqları üçün onların enerji və kalori tələbatı daha yüksəkdir. Mütəxəssis qeyd edib ki, məktəb yaşlı uşaqlarda uzunmüddətli aclıq diqqət pozuntusuna, dərsə və digər fəaliyyətlərə konsentrasiyanın azalmasına səbəb ola bilər.

“Uşaq həm təhsil alır, həm idmanla məşğul olur, həm də fiziki və zehni inkişaf mərhələsindədir. Bu baxımdan, peşəkar yanaşma ilə uşaqlara oruc tutmağı tövsiyə etməzdim”, - deyə o vurğulayıb.

Emin Məmmədov əlavə edib ki, oruc tutmaq qərarı daha çox onun mahiyyətini və qaydalarını tam dərk edən, fizioloji baxımdan formalaşmış yetkin şəxslər üçün uyğun hesab edilə bilər.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
bakivaxti.az

1Mənbələr