AZ

Fuat Oktay: Zəngəzur dəhlizi Türk dünyasında əlaqələri gücləndirəcək

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Zəngəzur dəhlizi Türk dünyasında əlaqələri gücləndirəcək.

"Cebheinfo.az" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu layihə, əslində, həm bölgədə sülhə, həm də regional inkişafa töhfə verəcək.

"Bu layihə yalnız Naxçıvanla Azərbaycanı birləşdirmir, həm də Azərbaycan, Türkiyə və bütövlükdə Türk dünyası arasında əlaqələri gücləndirəcək".

F.Oktay onu da bildirib ki, Zəngəzur dəhlizi gələcəkdə bölgədə sülh təmin olunduqca Rusiya və İran üçün də daha güclü perspektivlər yarada biləcək bir layihədir:

"Ümid edirik ki, bu layihə tezliklə həyata keçiriləcək. Bu isə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması ilə birbaşa bağlıdır".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
3
cebheinfo.az

4Mənbələr