AZ

Orban uduzur Reytinqi kəskin şəkildə enib

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Macarıstanda parlament seçkisi yaxınlaşdıqca, Baş nazir Viktor Orbanın seçicilər arasında reytinqi zəifləyir. 

“AzPolitika” xəbər verir ki, “Median” sorğu mərkəzinin məlumatına görə, Macarıstanın müxalifətdəki Tisa partiyası Baş nazir Viktor Orbanın hakim Fides partiyası üzərində üstünlüyünü artırıb.

Son sorğunun nəticələrinə görə, Tisa partiyasının Fides üzərindəki üstünlüyü rekord həddə - 20 faizə çatıb. 18-23 fevral tarixlərində keçirilən sorğu göstərib ki, respondentlərin 55%-i aparıcı müxalif partiyaya, cəmi 25 faizi isə Orbanın partiyasına səs verməyə hazırdır.

Tisa partiyasının lideri Peter Madyar bu sorğunun dərc olunmasından sonra kampaniyasını gücləndirəcəyinə söz verib.

Qeyd edək ki, fevralın 12-də Madyar Orbanın adamları tərəfindən intim görüntülərlə bağlı şantaj edildiyini bəyan etmişdi.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
azpolitika.info

1Mənbələr