AZ

İmsak etmədən oruc tutmaq olarmı? - AÇIQLAMA

"Əgər bir insan artıq oruc tutmağa qərar veribsə, mütləq onun qayda-qanunlarına əməl etməlidir. İnsan ən azı 12 saat ac qalırsa, təbii ki, səhər imsak vaxtı acqarına qidalanma mütləq şərtdir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.

Onun sözlərinə görə, təsadüfən bir-iki dəfə buraxıla bilər:

"Amma bu hal davamlı olarsa, bilin ki, həmin oruc periodu orqanizmdə ciddi xəstəliklərə gətirib çıxara bilər. Mədə qastritinə, öd durğunluğuna, həzm fermentlərinin zəifləməsinə, öd daşı və öddə palçıqvari kütlənin toplanmasına səbəb ola bilər. Qəbizliyə də gətirib çıxarar. Çünki qida insanın mədə-bağırsaq sistemi üçün çox əsas amildir. O, həm mədə şirəsinin neytrallaşdırılmasında rol oynayır, həm də mədə-bağırsağın fəaliyyətini aktivləşdirir. Siz həmin qidanı qəbul etmədikdə motorika pozulur və nəticədə qəbizlik və digər problemlər yaranır. Ona görə tövsiyəm odur ki, mütləq imsak etsinlər".

Nuriyyə NATİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr