AZ

Sabunçuda evlərdən oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

NOCOMMENT.az-ın məlumatına görə, naməlum şəxs müxtəlif vaxtlarda rayonun Maştağa qəsəbəsində iki evə daxil olaraq pul və qızıl-zinət əşyaları talayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı S.Mirzəyev saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində daha yeddi evdən pul və qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
3
5
nocomment.az

6Mənbələr