AZ

Qadınlarla bağlanan ilkin hərbi müqavilənin müddəti 6 aya endirilir

Fevralın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda bildirilib ki, gündəliyin birinci məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Müdafiə haqqında", "Veteranlar haqqında","Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Polis haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" və Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsidir. Qanun layihəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məsədilə hazırlanıb. 
Qeyd edilib ki, layihəyə əsasən, hərbi komissarlıqların ləğvindən sonra yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı səlahiyyət bölgüsünün qanunvericilikdə aydın şəkildə təsbit edilməsi, terminoloji uyğunluğun təmin olunması və hüquqi tənzimləmənin daha dəqiq və səmərəli tətbiqi nəzərdə tutulur.
Daha sonra "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini  ikinci oxunuşda müzakirəyə təqdim edilib. Bildirilib ki,  qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.
Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, qadınlarla bağlanan ilkin müqavilə müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunur. Dəyişiklik qadın hərbi qulluqçuların xidmətə uyğunlaşmasını asanlaşdıracaq və hərbi xidmətin təşkilinin səmərəliliyini artıracaq.
Onlayın iclasda iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hüquq idarəsinin rəisi Bəxtiyar Hacıyev qanun layihələrinin mahiyyəti, məqsədi və nəzərdə tutulan dəyişikliklərin tətbiqi mexanizmləri ilə bağlı məlumat veriblər.
Sonda  qanun layihələrinin hər biri  Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr