AZ

Epşteyn şahzadəni də “vurdu” – HƏBS OLUNACAQ

Şahzadə Endrünün keçmiş həyat yoldaşı Sara Ferqyuson Böyük Britaniyaya qayıdacağı təqdirdə həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ nəşrimənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Ferqyuson ABŞ Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epşteynlə bağlı iş üzrə sənədlərində qeyd olunub. Mənbələrin iddiasına görə, hüquq-mühafizə orqanları növbəti mərhələdə ona da müraciət edə bilər.

Məlumata əsasən, Sara Ferqyuson hazırda Birləşmiş Ərəb Əmirliklərindədir və gələcək planları ilə bağlı qərar verməyə çalışır. Mənbə onun bu ölkəyə səfərinin istirahət məqsədli deyil, “yaşamaq uğrunda mübarizə” ilə əlaqəli olduğunu bildirib.

Digər mənbənin sözlərinə görə, o, Böyük Britaniyaya qayıdacağı halda, Şahzadə Endrünün ətrafında yaranmış hüquqi problemlərin mərkəzinə düşə və hətta özü də saxlanıla bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
14
1
konkret.az

2Mənbələr