AZ

Qırğızıstan Prezidenti Şvıdkoyla görüşdü

BAKI, 25 fevral. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə Qırğızıstan-Rusiya münasibətlərinin mədəni və humanitar sahələrdə inkişaf perspektivləri və qarşıdakı birgə təşəbbüslər müzakirə olunub.

Sadır Japarov bildirib ki, mədəni əməkdaşlıq dövlətlərarası dialoqun gücləndirilməsində əsas rol oynayır.

Prezident Moskvada Qırğızıstan Elm və Mədəniyyət Evinin açılmasının humanitar əlaqələrin inkişafında yeni əhəmiyyətli mərhələ olacağına əminliyini ifadə edib.

Sonda tərəflər mədəni əməkdaşlığın daha da gücləndirilməsi, humanitar dialoqun inkişaf etdirilməsi və ikitərəfli layihələrin genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyib.

Seçilən
10
teleqraf.com

1Mənbələr