AZ

Gürcüstan parlamentinin sədri Zelenskini “nankor” adlandırıb

Ajans.az xəbər verir ki, bu barədə Georgia Online məlumat yayıb. Açıqlama BMT-də Ukrayna ilə bağlı qətnamənin qəbulu ilə əlaqədar sualı cavablandırarkən səsləndirilib. Sözügedən qətnaməni Gürcüstan da daxil olmaqla 107 ölkə dəstəkləyib. ABŞ, Çin və Macarıstanın da olduğu 51 ölkə isə səsvermədə bitərəf qalıb. “Zelenski Gürcüstan hökumətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edəndə Böyük Britaniya harada idi? Ümumiyyətlə, o, nankor adamdır və bunu deyən ilk şəxs mən deyiləm. ABŞ prezidenti ona ən azı bir qədər minnətdarlıq göstərməli olduğunu demişdi. Zelenski nə Amerikaya, nə də Gürcüstana təşəkkür edir. Halbuki biz Ukrayna xalqını dəstəkləyirik”, – deyə Papuaşvili bildirib. O, həmçinin Ukrayna prezidentinin əvvəlki bəyanatlarını “biabırçı” adlandıraraq xatırladıb ki, Zelenski Gürcüstanın səfirini geri çağırıb, çünki Tbilisi öz vətəndaşlarını müharibəyə göndərməkdən imtina edib. “Qoy təşəkkür etsinlər, amma ümumilikdə onların minnətdarlığına ehtiyacımız yoxdur. Biz bunları Ukrayna xalqı üçün edirik. Zelenskinin özü haqqında son qərarı isə Ukrayna xalqı verəcək”, – deyə parlament sədri vurğulayıb.

 

Seçilən
8
Ajans.az

1Mənbələr