AZ

Əliməmməd Nuriyev: Vaşinqton insidentində tətbiq edilən tədbirlər beynəlxalq təhlükəsizlik protokollarına uyğun olub

Prezidentin Vaşinqton səfəri zamanı baş vermiş insident ətrafında müxtəlif şərhlər səslənsə də, məsələyə təhlükəsizlik hüququ baxımından yanaşdıqda tətbiq edilən tədbirlərin beynəlxalq praktikalara uyğun olduğu görünür. Dövlət başçıları 1973-cü il Konvensiyasına əsasən “beynəlxalq müdafiə olunan şəxslər” hesab olunur və onların təhlükəsizliyinin təmin edilməsi qəbul edən dövlətin və mühafizə xidmətlərinin birbaşa öhdəliyidir.

QHT.az xəbər verir ki, bu sözləri “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, təhlükəsizlik sistemləri niyyəti deyil, real risk göstəricilərini qiymətləndirir. Müasir doktrinada “preventiv mühafizə prinsipi” əsas götürülür - təhlükə sübuta yetirildikdən sonra deyil, ehtimal yarandığı anda aradan qaldırılır. Bu baxımdan müdaxilə qərarı seçim deyil, hüquqi və peşəkar öhdəlikdir:

"Etiraz hüququ tanınsa da, təhlükəsizlik zonalarında bu hüquq məkan baxımından məhdudlaşdırıla bilər və bu yanaşma beynəlxalq məhkəmə presedentlərində də qəbul edilir. Tarixi təcrübə göstərir ki, dövlət başçılarına qarşı təhlükələr çox vaxt nəzarətsiz yaxınlaşma ilə başlayır. Hadisənin operativ təhlili onu deməyə əsas verir ki, tətbiq edilən tədbirlər beynəlxalq təhlükəsizlik protokollarına və preventiv müdafiə prinsiplərinə uyğun olub və peşəkar təhlükəsizlik refleksinin nümunəsi kimi qiymətləndirilə bilər".

 

Pərvanə Fərhadqızı

Seçilən
10
qht.az

1Mənbələr