AZ

Avropa İttifaqı İranla müharibəyə hazırlaşan ABŞ ın Ukraynada Rusiya işğalını diqqətdən kənarda qoymasını istəmir

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyir ki, “Bu regionda daha bir müharibəyə ehtiyacımız yoxdur – onsuz da hazırda kifayət qədər müharibə davam edir. Reallıq budur ki, İran indiyə qədər olduğu ən zəif vəziyyətdədir. Biz bu məqamdan diplomatik həll yolu tapmaq üçün istifadə etməliyik.”Avropa həqiqətən İran üçün narahatdır?

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının mövqeyi məntiqlidir və Rusiya-Ukrayna müharibəsinin öz sərhədlərində baş verməsini narahatlıqla izləyir.

Məhəmməd Əsədullazadə

“Ukraynaya silah-sursatı məhz ABŞ çatdırır. Çünki Avropa İttifaqı hələ çox ciddi şəkildə silah sursata malik deyil. Hazırda İranla bağlı diplomatik çözüm var və Avropa İttifaqı da müəyyən qədər İrana iqtisadi sanksiyalar tətbiq edir ki, İran nüvə məsələsində razılaşmaya getsin”-deyən Məhəmməd Əsədullazadə qeyd edib ki, həmçinin Avropa İttifaqının qonşuluğunda baş verən müharibə nəticəsində qaçqın axını da Avropa İttifaqını narahat edən əsas faktorlardan biridir.

Politoloqun fikrincə, ABŞ diqqəti İrana yönləndirərsə və proses genişmiqyaslı müharibəyə yönələrsə, Rusiya da Ukraynada müəyyən üstünlük qazana bilər.

“Avropa İttifaqı da təbii ki, bu prosesləri də yaxından izləyir və baş verənləri geosiyasi təlatüm kimi də xarakterizə edir. Buna baxmayaraq, Amerika Birləşmiş Ştatları da öz mövqeyində prinsipialdır, geri çəkilmək istəmir. Çünki İran məsələsi ABŞ üçün də prioritet təşkil edir. Amma ABŞ Avropa İttifaqının da bu narahatlıqlarını bölüşmür, öz strategiyasını həyata keçirir”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
bizimyol.info

1Mənbələr