AZ

Əyyub Allaşın pul iddiaları ilə bağlı “Araz-Naxçıvan”dan İDMAN.BİZ-ə AÇIQLAMA

“Araz-Naxçıvan”dan ayrılan belçikalı futbolçu Əyyub Allaş qalmaqallı açıqlamalar verib.

Futbolçu zədələndikdən sonra əməliyyat xərclərini özünün ödədiyini və maaşının verilmədiyini iddia edib.

Mövzu ilə bağlı İdman.Biz-ə açıqlama verən klubun icraçı direktoru Eldəniz Yusubov bildirib ki, səsləndirilən iddialar əsassızdır.

“Biz artıq hüquqi proseslərə başlamışıq. Yaranan anlaşmazlığın həlli üçün Allaş vəkili vasitəsilə rəsmi müraciət edib. Aramızda olan borc məsələsinin ödənilməsi ilə bağlı Allaş özü Bakıda olan zaman kağız üzərində razılaşdırılıb və bir maaşı da ödənilib. Ödəmənin ləngiməsinə səbəb futbolçunun Bakıya gec qayıtması idi. Aprel ayında əməliyyat olunub, amma oktyabrda gəlib. Bu müddət ərzində öz ölkəsində bərpa prosesi keçmək istədiyini bildirdi, biz də buna şərait yaratdıq”, - deyə icraçı direktor bildirib.

Klub rəsmisi əməliyyat xərclərinin ödənilməməsi ilə bağlı iddialara da aydınlıq gətirib:

“Biz peşəkar klubuq, əməliyyat xərcinin ödənilməməsi mümkün deyil. Sadəcə, Allaş tərəfi bərpa prosesi ilə bağlı sənədləri vaxtında imzalamadı. Hər dəfə “Bakıya gələrəm, orada maaşla birgə ödənər” deyirdi. Biz artıq borcun məbləğini bilirik və bunu razılaşdırmışıq. Futbolçunun müqaviləsi bitib, köçürmələr üçün tələb olunan sənədləri isə hələ də imzalayıb qaytarmayıblar. Onun borcu mövsümün sonuna qədər mərhələli şəkildə ödəniləcək. Heç bir futbolçu qarşısında öhdəliklərimizdən imtina etməmişik”.

İdman.Biz
Seçilən
7
1
idman.biz

2Mənbələr