AZ

ABŞ-də bıçaqlı şəxs insanlara hücum etdi - Ölənlər var

Bakı. Trend:

ABŞ-nin Vaşinqton ştatında yaşayış evinin yaxınlığında baş verənbıçaqlı hücum nəticəsində 5 nəfər, o cümlədən hücumu həyata keçirən32 yaşlı şəxs ölüb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Pirs rayonunun şerif ofisininyaydığı açıqlamada qeyd olunub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədənşəxs məhkəmənin qurbanın evinə və ya olduğu yerə yaxınlaşmaq barədəqadağa qərarını pozub. Hadisə yerinə gələn polis əməkdaşları evinyaxınlığında insanlara bıçaqla hücum edən kişini aşkar ediblər.

Polis əməkdaşları həmin şəxsə atəş açaraq onu hadisə yerindəzərərsizləşdiriblər.

Dörd nəfər, o cümlədən hücumçu hadisə yerində ölüb. Beşincizərərçəkən xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən vəfatedib.

İnsidentlə bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr