AZ

Baş nazir Əli Əsədov Fuat Oktayla görüşdü (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 25-dəTürkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədriFuat Oktay ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə vəGürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncuüçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıqmünasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib,xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdiredilib.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə dahada genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Seçilən
18
35
az.trend.az

10Mənbələr