Kürdəmirdə avtomobil 77 yaşlı piyadanı vuraraq öldürüb.
"Yeni Sabah" xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində MAN markalı yük maşını yolu keçmək istəyən 77 yaşlı Teyyub Əliyevi vurub.
Ağır bədən xəsarətləri alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız