AZ

"Qarabağ" ÇL-də antirekordmüəyyənləşdirdi

​​​​"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında (ÇL) antirekord müəyyənləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Opta" idman analitikası şirkəti məlumat yayıb.

Məlumata görə, Ağdam təmsilçisi ÇL-in əsas mərhələsində və 1/8 finala vəsiqə uğrunda pley-off görüşlərində qapısından 30 top buraxıb.

İndiyə qədər sözügedən nüfuzlu turnirdə heç bir klubun qapısına bu qədər qol vurulmayıb.

Xəbərdə bildirilir ki, "Qarabağ"ın antirekordla üzləşməsinə ÇL-in əsas mərhələsində oyunların sayının çoxalması da təsirini göstərib.

Qeyd edək ki, dünən "Qarabağ" ÇL-in 1/8 finalına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununda İngiltərədə "Nyukasl" 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Seçilən
48
2
redaktor.az

3Mənbələr