AZ

Tramp pensiya ilə bağlı vəd verdi: Adambaşına min dollar...

ABŞ Prezidenti Donald Tramp fond bazarının yüksəlişi haqda danışıb və bəzi işçilərin pensiya əmanətlərini 1000 dollara qədər dövlət ianələri ilə uyğunlaşdıracağına söz verib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tramp ABŞ-da geniş yayılmış pensiya əmanət hesabına toxunaraq deyib: "Fond bazarı bütün bu rekordları qıraraq çox yaxşı nəticələr göstərdiyinə görə, 401(k) hesabınız (işəgötürən vasitəsilə pensiya hesabı) əhəmiyyətli dərəcədə artıb".

Tramp həmçinin gələn il işəgötürənlə uyğunlaşdırılmış pensiya planlarına çıxışı olmayan "unudulmuş Amerika işçiləri" üçün 401(k) töhfələrini adambaşına 1000 dollara qədər uyğunlaşdırmağı planlaşdırdığını açıqlayıb, lakin detallara toxunmayıb.

Oklahoma ştatının Tulsa şəhərindəki “Longbow Asset Management” şirkətinin baş direktoru Ceyk Dollarhayd bildirib ki, hökumət tərəfindən pensiya əmanətlərinə edilən bu cür ianələr fond bazarını daha da canlandıra bilər.

Seçilən
14
1
publika.az

2Mənbələr