Seneqalın baş naziri Ousmane Sonko eynicinsli münasibətlərə görə nəzərdə tutulan cəzanının iki dəfə artırılması barədə qanun layihəsi təklif edib. Nəzərdə tutulan dəyişikliklər qəbul edilərsə, Seneqalda həmcinslərin seksual münasibətinə görə 10- ilə qədər cəza verilə bilər.
News365.az xəbər verir ki, təklif keçən həftə nazirlər kabinetin təsdiqindən sonra parlamentə göndərilib.
Qeyd edək ki, son bir ayda Seneqalda 12 nəfər bu əməllərlə ittiham edilərək həbs edilib. Onların arasında ictimai xadimlər və jurnalistlər var. Ölkənin müstəqil media qurumları isə sayın 30-a yaxın olduğunu yazır.