AZ

Netanyahu “İsrail oxu”nu qurur? Regionda yeni geosiyasi konfiqurasiya Politoloq

ain.az bildirir, Gununsesi portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, Təl-Əvivin təşəbbüsü ilə Aralıq dənizi ətrafında və Yaxın Şərq daxilində bütöv bir sistem, ittifaq qurur.

Netanyahu özü bu barədə bildirib ki, burada məqsəd reallığı, qarşıdakı çağırışları və hədəfləri eyni baxış prizmasından qiymətləndirən ölkələr oxu yaratmaqdır.

Bəs görəsən, prosesi ümumilikdə necə şərh etmək olar, bütün bunlar nədən xəbər verir?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, Netanyahunun səsləndirdiyi fikirlər regionda son illərdə baş verən siyasi proseslər fonunda diqqət çəkir:

“O, klassik hərbi alyans qurmaqdan daha çox ortaq təhlükə qavrayışı ətrafında formalaşan strateji şəbəkə modelindən bəhs edir”, – deyə siyasi şərhçi bildirib.

O da maraqlıdır ki, görəsən, “Radikal şiə oxu” ifadəsi nə deməkdir?

Rzayev bu barədə deyib:

“ “Radikal şiə oxu” ifadəsi ilə Netanyahu İranın regionda qurduğu və illərdir genişləndirdiyi proksi şəbəkəsini nəzərdə tutur. Bu şəbəkənin əsas dayaqları Livanda “Hizbullah”, İraqda “Haşdi Şabi”, Yəməndə husilər və Suriyada İranın dəstəklədiyi müxtəlif milis strukturlardır”.

Politoloq “Radikal sünni oxu” anlayışından da söz açıb:

“Bu, bir qədər fərqlidir. Əsasən qeyri-dövlət silahlı qrupları bu kateqoriyaya əlavə edilir”.

Siyasi şərhçi son olaraq bildirib:

“Netanyahu Türkiyənin “sünni oxu”na və İranın “şiə oxu”na qarşı “İsrail oxu” tərtib edir. Lakin İsrailin nəzərdə tutduğu areal xüsusi diqqət çəkir. Körfəz ölkələrinin bir qismi artıq bu xəttə açıq şəkildə yaxınlaşıb”.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
icma.az

1Mənbələr