
Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AFN.az-ın xəbərinə görə, dünən Kürdəxanı qəsəbəsinin ərazisində yerləşən çoxmərtəbəli binada təmir işləri görən şəxs hündürlükdən yıxılaraq ölüb.
Vəfat edən tikinti işçisinin Quba rayon sakini 1989-cu il təvəllüdlü Qamət Müslüm oğlu Sultanov olduğu müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.