Maliyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti olaraq Xaliq Rəhmanov icra edir.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, o, hazırda qurumun aparat rəhbərinin müavini vəzifəsində çalışır.
X. Rəhmanov həm də Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiridir.
Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 8-də imzaladığı sərəncamla Maliyyə Nazirliyinin Aparat rəhbəri Natiq Həsənov nazir Sahil Babayevə müavin təyin edilib. Həmin tarixdən başlayaraq naziriliyin Aparat rəhbəri vəzifəsinə hər hansı təyinat olmayıb.
Telegram kanalımız