AZ

Çoxmərtəbəli binada işləyən usta yıxılıb öldü

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Cebheinfo.az" xəbər verir ki, dünən saat 13 radələrində Kürdəxanı qəsəbəsinin ərazisində yerləşən çoxmərtəbəli binada təmir işləri görən şəxs hündürlükdən yıxılaraq ölüb.

Vəfat edən tikinti işçisinin Quba rayon sakini 1989-cu il təvəllüdlü Qamət Müslüm oğlu Sultanov olduğu müəyyənləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
8
cebheinfo.az

9Mənbələr