“Krasnopol” idarə olunan artilleriya mərmiləri Qərb analoqlarından daha yüksək dəqiqlik nümayiş etdirir.
Herbiand.az xəbər verir ki, bu barədə “Rostex” dövlət korporasiyası mövcud statistikaya istinadən bildirir.
Belə şərhə Rusiya Müdafiə Nazirliyinin yayımladığı və “Msta-S” özüyeriyən haubitsasının heyətinin hərəkətdə olduğunu göstərən video səbəb olub. Görüntülərdə “Krasnopol-M2” idarə olunan yüksək partlayıcı parçalanma (fuqas) mərmisinin tək zərbəsi ilə məhv edilən düşmən qalası göstərilir.
Tərtibatçılar hesab edirlər ki, “Krasnopol-M2”-nin tətbiq oluması artilleriyadan istifadəyə yanaşmanı dəyişdirir. Onların hesablamalarına görə, özüyeriyən toplar və yedəkli haubitsalar ərazi basqı silahlarından dəqiq hədəf vurma vasitələrinə çevrilir.
Xüsusi hərbi əməliyyatın başlanğıcından bəri “Krasnopol” sursatının istehsalı əhəmiyyətli dərəcədə artıb və onun istifadəsi adi sursat üçün xərcin azalmasına imkan verir.
Bəxtiyar CƏFƏRLİ