AZ

CASCFEN nümayəndə heyəti Qazaxıstan səfirliyində olub - FOTO

Səfir Alim Bayeli ziyarət zamanı Qazaxıstan QHT-ləri ilə əməkdaşlığa dair təkliflər səslənidirilib

Fevralın 24-də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) nümayəndə heyəti Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri, təşkilatın dostu cənab Alim Bayeli səfirlikdə ziyarət edib.

Bu barədə “İki sahil”əCASCFEN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, CASCFEN sədri Nadir Azəri bu görüş üçün vaxt ayırdığı, həmçinin ümumilikdə İctimai Birliyin türk dünyası ilə bağlı fəaliyyətlərinə dəstək verdiyi üçün səfirə minnətdarlıq edib: “Eyni zamanda, təşkilatın üzvləri Zəhra Qasımova, Rəsul İbrahimov, Vüsalə Mirzəyeva, Ayxan İsmayılov, Cahangir Mikayılzadə belə görüş üçün təşəkkür etməklə yanaşı, Qazaxıstan QHT-ləri ilə əməkdaşlığa dair təkliflərini səslənidirib, fikirlərini dilə gətiriblər”.

Məlumatda qeyd edilir ki, səfir Alim Bayel öz növbəsində bu təklifləri müsbət qarşılayıb və İctimai Birliyə gələcək fəaliyyələrtində uğurlar arzulayıb.

Görüşün sonunda cənab səfirə CASCFEN-in Təşəkkür Bəlgəsi və xatirə hədiyyəsi təqdim olunub.

Seçilən
3
4
ikisahil.az

6Mənbələr