AZ

Qalmaqal və pis gedişat: Adil Şükürovun “Səbail”dəki taleyi

“Səbail” Futbol üzrə Azərbaycan I Liqasının XVI turu çərçivəsində “Baku Sporting”lə qolsuz heç-heçə edib.

Komandanın inamsız çıxışı və ötən tur MOİK-lə görüşdə (0:1) komandanın kapitanı Yusif Nəbiyevlə yaşanan mübahisə, baş məşqçi Adil Şükürovun gələcəyini sual altında qoymuşdu.

Lakin klubdan Apasport.az saytına verilən məlumata görə, hazırda mütəxəssislə ayrılıq barədə heç bir dialoq aparılmayıb.

“Dənizçilər”in rəhbərliyi 48 yaşlı çalışdırıcı ilə yola davam ediləcəyini təsdiqləyib. Baş məşqçi ilə ayrılıq məsələsi müzakirə mövzusu deyil.

Qeyd edək ki, “Səbail” hazırda 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

“Qarabağ” Azərbaycan klubları arasında liderdir - IFFHS AÇIQLADI

Millimiz hazırlıqlara start verdi

"Neftçi" liderliyini davam etdirir

I Liqa: Autsayder mövsümdə 2-ci qələbəsini qazanıb

Kaxaber Tsxadadze: “Bizim üçün hər oyun vacibdir”

Seçilən
51
1
apasport.az

2Mənbələr