AZ

İrakli Kobaxidze: “Gürcüstana qarşı ikili standartlar və xüsusi maraqlar var” – ÖZƏL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinə qarşı tətbiq edilən beynəlxalq təzyiqlər və sanksiya tələbləri ilə bağlı kəskin bəyanatla çıxış edib. O, Qərb dairələrinin Gürcüstandan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi artıq açıq şəkildə tələb etməsini "ikili standart" adlandırıb.

Olaylar.az xəbər verir ki, jurnalistlərə açıqlama verən hökumət başçısı bildirib ki, uzun müddətdir gizli saxlanılan niyyətlər artıq üzə çıxıb: "4 il ərzində kuluarlarda bizdən sanksiyalar tətbiq etməyimizi tələb edirdilər, lakin bunu açıq şəkildə deməkdən çəkinirdilər. İndi isə hər şeyi açıq danışmağa qərar veriblər ki, bu da çox yaxşıdır".

Kobaxidze qeyd edib ki, sanksiyalara qoşulmayan digər ölkələr "qərbpərəst" və "antirusiya" meyilli elan edildiyi halda, onlardan heç kim sanksiya tələb etmir. Lakin eyni addımı atan Gürcüstan hədəf seçilir.
Baş nazir əvvəlcə Avropa Parlamentinin qətnaməsi, indi isə səfirlərin bəyanatları vasitəsilə Gürcüstana təzyiq göstərildiyini vurğulayıb.

Baş nazirin sözlərinə görə, bu yanaşma bəzi beynəlxalq aktorların Gürcüstana qarşı konkret və mənfi maraqlarının olduğunu sübut edir: "Bu, ölkəmizə qarşı ikili standartın göstəricisidir. Görünən odur ki, onların Gürcüstana qarşı xüsusi maraqları var və bu, bizim milli maraqlarımızla üst-üstə düşmür."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr