AZ

Putinin ən təhlükəli “silahı” ingilis kanalındadır

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kremlin ən güclü təsir alətlərindən bəziləri indi birbaşa Britaniya sularından keçir.

Reyting.az-ın məlumatına görə, Qərbin sanksiyalarına baxmayaraq, hər ay İngilis Kanalı (La-Manş) ilə Rusiyanın “kölgə donanması” neft daşıyır.

“Sky News”-un təxminlərinə görə, Ukraynaya qarşı müharibəni maliyyələşdirən onlarla gəmi yüz milyonlarla dollar dəyərində neft daşıyır.

Təhlükəsizlik üzrə mütəxəssis, professor Maykl Klark xəbərdarlıq edir ki, vəziyyət “dənizdə hərbiləşdirilmiş qarşıdurmaya” çevrilə bilər.

Britaniya sahillərindən iki saatdan az müddətdə jurnalistlər sanksiyalı üç tankerin - “Rigel”, “Hyperion” və “Kousai”nın keçidini qeydə alıblar. Gəmilər Rusiyanın Baltik limanlarından yola düşüb və boğazın ən dar hissəsindən keçiblər.

Uzunluğu 270 metrdən çox olan Suezmax tankeri “Rigel” Primorskda yüklənmiş bir milyon barelə qədər neft daşıyırmış. Onun təxmini dəyəri 55 milyon dollardır. Gəmi Kamerun bayrağı altında üzür, Seyşel adaları şirkəti tərəfindən idarə olunur, Avropa Birliyi, Böyük Britaniya və Kanadanın sanksiyaları altındadır.

Hazırda Rusiya bayrağı altında üzən “Hyperion” əvvəllər yurisdiksiyaları dəyişdirib - bu, “kölgə donanması” üçün tipik bir taktikadır. Bayraqların dəyişdirilməsi, qeyri-şəffaf mülkiyyət strukturları və şübhəli sığorta gəmilərə ciddi nəzarətdən yayınmağa imkan verir.

“Kousai” gəmisinin keçidi zamanı Britaniya Sahil Mühafizəsi sığorta sübutu tələb edib. Lakin, hələlik İngilis Kanalında birbaşa saxlanılma baş verməyib.

Analitiklər hesablayırlar ki, “kölgə donanması”nın sayı 800-ə qədərdir. Rusiya xam neft ixracının 60 faizdən çoxu hazırda bu cür tankerlər vasitəsilə həyata keçirilir.

İqtisadçısı Devid Fayfın sözlərinə görə, 2021-ci ildə Urals və Brent nefti arasındakı fərq barel üçün 2-3 dollar olsa da, hazırda barel üçün 27 dollar civarındadır. Bu, Rusiyanın neft gəlirlərini illik müqayisədə təxminən 25 faiz, bəzi aylarda isə 50 faizə qədər azaldıb.

Professor Klark isə deyir ki, müttəfiqlər daha aqressiv tədbirlər görə bilərlər.

Böyük Britaniya Müdafiə Nazirliyi artıq 600-dən çox gəmidən sığorta sənədləri tələb etdiyini və Rusiyanın “kölgə donanması”nı dayandırmaq, pozmaq və zəiflətməyin prioritet olduğunu bildirib.

Buna baxmayaraq, hazırda tankerlər müntəzəm olaraq İngilis Kanalından keçir və Kremlin Ukraynaya qarşı müharibəsi üçün vəsait toplayır.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
reyting.az

1Mənbələr