AZ

Azərbaycan üçün prioritet ixrac bazarları açıqlandı

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın qeyri-neft ixracının şaxələndirilməsi iqtisadiyyat üçün əsas prioritetlərdən biri olaraq qalır".

Bunu BAKU.WS-ə açıqlamasında deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, hazırda qeyri-neft ixracının yarıdan çoxu iki ölkənin – Rusiya və Türkiyənin payına düşür:

"Bu isə bazarların şaxələndirilməsini zəruri edir.Yeni bazarlar kimi xüsusilə Körfəz ölkələri, Avropa İttifaqı üzv dövlətləri, həmçinin Mərkəzi və Şərqi Avropa regionunda yerləşən ölkələr cəlbedici istiqamətlər hesab olunur.

Körfəz bazarında xüsusilə aqrar və ərzaq məhsullarına tələbat yüksəkdir. Bu baxımdan qeyri-neft məhsullarının yeni bazarlara çıxışı ixracın dayanıqlığını artıracaq və iqtisadi sabitliyə töhfə verəcək".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
baku.ws

2Mənbələr