AZ

“İranın və proksi qüvvələrinin regiondakı təhlükə potensialı hələ də qalır”

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“İran illərlə, milyardlarla dollar xərclədiyi qüvvələrə sahib olsa da, son zamanlar bu qüvvələr ciddi şəkildə zəifləsələr də, hələ də potensialları qalmaqdadır”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Tural Gəncəliyev qeyd edib:

“Proksi qüvvələrdən biri husilərdir. Məsələn, Yəmən bölgəsində, Bab əl-Məndə boğazında dünyanın 20%-dən çox enerji daşıyıcılarının və məhsullarının keçdiyi boğazı bağlaya bilərlər.

Eyni zamanda, İran özü Fars körfəzində Hörmüz boğazını proksi qüvvələr olmadan bağlamaq imkanına malikdir. Hörmüz boğazı İran sahillərindən bir neçə on kilometr məsafədədir və ora sürətli qayıqlarla gedib təxribat törədərək nəqliyyatı tamamilə iflic etmək mümkündür. Bunun üçün böyük gəmi göndərməyə və ya ağır silahdan istifadə etməyə ehtiyac yoxdur.

Bab əl-Məndəb boğazında isə husilər və İranın digər proksi qüvvələri—məsələn, Livandakı Hizbullah, İraqda İrana bağlı Şiə hərəkətləri və Şabi qüvvələri—mövcuddur. Bu qüvvələr İsrail və ABŞ tərəfindən dəfələrlə hücuma məruz qalsalar da, onların hərbi-siyasi elitası məhv edilmişdir. Lakin burada 10 minlərlə, bəzən 100 minlərlə adam fəaliyyət göstərir”.

O qeyd edib ki, İrana hərbi müdaxilə və hakimiyyət dəyişikliyi yalnız hava hücumları ilə mümkün olmaya bilər:

“Qəzza Zolağında baş verən hadisələr göstərdi ki, təkcə hava hücumları həmişə hərbi hədəflərə çatmaq üçün yetərli olmur. 2003-cü ildə İraqa müdaxilə və Əfqanıstan nümunələri də göstərir ki, quru qoşunları çıxarmaqla belə ölkələrdə müvəffəqiyyət qazanmaq həmişə asan deyil.

ABŞ hərbi komandanlığı bu məsələdə ehtiyatlıdır. Trampın masasının üzərində bir neçə variant mövcuddur: təkcə hava hücumları etmək, qısa məhdud hücumlarla kifayətlənmək və ya qoşunları İran ərazisinə göndərmək. Lakin hərbi müdaxilə olmadan qoşun çıxarmaq real görünmür.

1980-1988-ci il İraq-İran müharibəsi də bu mənada nümunədir. O vaxt Yaxın Şərqin ən böyük ordularından biri olan İraq, ABŞ və Qərb tərəfindən silahlandırılaraq İranın üzərinə göndərilsə də, heç bir nəticə əldə olunmadı.

Beləliklə, Trampın masasındakı plan hava hücumlarına yönəlmişsə, bu, rejim dəyişikliyinə səbəb olmayacaq və daha çox ABŞ-ın maraqlarına zərbə verə bilər. ABŞ üçün ən böyük zərbə, müttəfiqlərin əsas neft infrastrukturunun məhv edilməsi ola bilər ki, bu da İranın raket potensialı ilə mümkün görünür”.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr