AZ

48 yaşlı aktyor 21 yaşlı balerina ilə EVLƏNDİ FOTO

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

2025-ci ilin əvvəlində məlum olub ki, rusiyalı aktyor Yeqor Beroyev 20 illik evlilikdən sonra Kseniya Alferova ilə boşanıb. Daha sonra 48 yaşlı sənətçi ayrılığı özü də təsdiqləyərək bildirib ki, münasibətlər hələ 2022-ci ildə başa çatıb. Lakin Beroyev uzun müddət tək qalmayıb.Bizim.Media xəbər verir ki, aktyorun dostu bu barədə “Komsomolskaya Pravda”ya danışıb:“Kseniya və Yeqor ötən il rəsmi şəkildə boşanıblar. İki həftə əvvəl isə Yeqor 21 yaşlı balerina Anna Pankratova ilə gizli evlənib.”

 

Anna Pankratova xoreoqrafiya kolleci məzunudur. Həyat yoldaşının dəstəyi ilə o, aktyorluq fəaliyyətinə də başlayıb. Beroyev onu “Kukla” filmində baş rola çəkib. 2026-cı ildə isə Yeqorun “Marik” serialı ekranlara çıxacaq və layihədə Pankratova da rol alacaq.

Məlumata görə, Beroyev Anna ilə kollecin balet sinfinin qapısını açarkən tanış olub və həmin an onun yeni filminin baş qəhrəmanı olacağını anlayıb. Son kursda oxuyarkən Anna tammetrajlı filmdə baş rol təklifi alıb. O, çəkilişlərə hazırlığı diplom tamaşaları və teatr işi ilə paralel aparıb.Xatırladaq ki, Alferova və Beroyev 1999-cu ildə tanış olublar və 2001-ci ildə gizli şəkildə evləniblər. Hətta yaxınları da toy barədə son anda xəbər tutublar.2007-ci ildə cütlüyün Yevdokiya adlı qızı dünyaya gəlib. 2018-ci ildə isə onlar anadangəlmə xromosom patologiyası olan və valideyn himayəsindən məhrum qalmış Vlad Sanoçki adlı gənci himayəyə götürüblər.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
bizim.media

2Mənbələr