AZ

“Xocalı faciəsi bəşər tarixində az az görünən soyqırımlardan biridir”

ain.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Xocalı faciəsi bizim 20-ci əsr, müstəqillik tariximizin Qarabağ müharibəsinin ən qanlı, ən faciəli, ən dəhşətli epizodlarından biridir. Əvvəla hadisənin miqyası, insanların milli etnik əlamətlərə görə öldürülməsi, onlara divan tutulması, qadınların, qocaların, uşaqların qətlə yetirilməsi, kütləvi şəkildə insanların məhv edilməsi bu, bəşər tarixində az-az görünən soyqırımlardan biridir”. 

Bunu Adalet.az-a açıqlamasında professor Qulu Məhərrəmli Xocalı faciəsi haqda danışarkən deyib. 

O, bildirib ki, ona görə də biz bu faciəni heç vaxt unutmalı deyilik:

“Onun haqqında danışmalıyıq, onun milli, qan yaddaşın mühüm bir səhifəsi kimi nəsildən-nəsilə ötürməliyik. Bununla bağlı həm ölkə içində, həm ölkədən kənarda, Avropa ölkələrində müəyyən kampaniya aparılır. Hesab edirəm ki, Xocalıya ədalət kampaniyası bütövlükdə götürüləndə çox düşünülmüş, ciddi təbliğat formalarından biridir və bunu daim davam etdirmək lazımdır. Eləcə də ölkə içində yeni nəsilə aşılanmalı ideyalar var ki, Azərbaycan öz torpaq bütövlüyünü, suverenliyini qorumaq üçün hansı faciələrdən keçib. Bu bizim üçün bir tarix kitabıdır. 

Həmçinin sizin qələmə aldığınız “25-dən 26-na keçməyən gecə” kitabınız Xocalı haqqında çap olunan ən maraqlı və publisistik əsərlərdən biridir. Bunun ən üstün cəhəti odur ki, soyqırımla bağlı ayrı-ayrı epizodlar, insan taleləri, müxtəlif adamların düşüncəsi, yanaşması bu kitabda çox parlaq şəkildə əks olunub. Müəllif bu kitabı çox böyük sarsıntılardan keçərək yazıb. Orda təsvir olunan əhvalatlar, qoyulan məsələlər, insan taleləri sanki hər birimizin yaşadığı epizoddur. Ona görə sizin bu kitabınızı yüksək qiymətləndirirəm və orda mənim də mövqeyim var və buna görə də sizə təşəkkür edirəm”. 

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
adalet.az

1Mənbələr