AZ

Dobrava Memorial Park Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Vyana, 25 fevral, AZƏRTAC

Sloveniyanın Maribor şəhərində müharibə qurbanlarının xatirəsinə ucaldılan Dobrava Memorial Park Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, anım tədbiri kompleks ərazisində Xocalı qurbanlarına həsr olunmuş xatirə lövhəsi önündə keçirilib.

Azərbaycanın Sloveniya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən qanlı səhifəsi olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

2016-cı ildə Sloveniya Respublikasının Milli Şurasının Xocalı soyqırımının insanlığa qarşı cinayət olması barədə qərarına görə Maribor şəhərinin meriyası və Sloveniya hökumətinə təşəkkür ifadə edilib.

Seçilən
10
azertag.az

1Mənbələr