Babək rayonunda yerləşən mağazalardan birinin qarşısından “Mpay” ödəmə terminalı oğurlanıb.
Ölkə.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Polisə daxil olan məlumatda bildirilib ki, mağazanın qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalının oğurlanıb.
Babək Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, şübhəli əvvəlcədən obyektin fəaliyyəti və təhlükəsizlik vəziyyətini izləyib, insanların olmadığı vaxtdan istifadə edərək oğurluq əməlini törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Mürtəza