Coratda QALMAQAL- 1 torpaq, 6 ev…
Ajans.az-a göndərilən məlumatda bildirilir ki, Sumqayıt şəhər Corat qəsəbəsində qonşu qonşunun həyətində icazəsiz evlər tikir. 12 sot torpağın içində həyət evi olmasına baxmayaraq əlavə 2 mərtəbəli 6 yeni ev inşa edilir. Qeyd edilib ki, heç bir tikinti qaydalarına əməl olunmur. Evlər arasında ara məsafəsi saxlanılmadan iş aparılır. Şikayətçi vətəndaş söyləyib ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Nə istəsək edərik gedin kimə isdəyirsiniz deyin” cavabını alıblar.