AZ

Sami Mmae Qurbanova etiraz etdiyi üçün əsas heyətdən qovulub

Sami Mmae Qurbanova etiraz etdiyi üçün əsas heyətdən qovulub

“Qarabağ”ın futbolçusu Sami Mmaenin əvəzedici komandaya göndərilməsinin detalları bəlli olub.

AFN.az-ın məlumatına görə, Qurban Qurbanovun ötən gün açıqladığı kimi, o, klubun nizam-intizam kodeksini pozub. Belçikalı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 1:6 hesabı ilə uduzduqları matçda məşqçilər heyətinin tapşırıqlarına əməl etməyib.

Hadisə oyunun 22-ci dəqiqəsində Bəhlul Mustafazadənin zədələnərək meydanı tərk etməsindən sonra başlayıb. Sami Mmae oyuna daxil olacağını gözləsə də, baş məşqçi Dani Boltu meydana buraxaraq taktiki yerdəyişmə edib. Qarşılaşmanın fasiləsində Qurban Qurbanov üçüncü mərkəz müdafiəçisi kimi Mmaeyə hazırlaşmağı tapşırsa da, futbolçu birinci hissədə şans verilmədiyi üçün oynamaqdan imtina edib. O, hətta baş məşqçinin köməkçisi Elçin Rəhmanovla mübahisə edərək intizamsızlıq nümayiş etdirib.

Qarşılaşmadan dərhal sonra Sami Mmaenin əsas komandadan qovularaq əvəzedici heyətə göndərildiyi bildirilib. Böyük ehtimalla, futbolçu yay “transfer pəncərəsi”ndə müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdacaq.

Seçilən
10
afn.az

1Mənbələr