AZ

Novruzda harada dincəlmək daha ucuz başa gəlir? – Qiymətlər açıqlandı

Novruz bayramı yaxınlaşdıqca vətəndaşlar tətili harada keçirməklə bağlı planlar qurmağa başlayırlar. Bəziləri istirahəti ölkə daxilində keçirməyə üstünlük verir, digərləri isə xaricə səyahət etməyi seçir.

Bu məqamda sual yaranır: istirahət üçün hansı daha sərfəlidir - ölkə daxilində səyahət, yoxsa xaricdə tətil?

Day.Az xəbər verir ki, İsmayıllıda 2 nəfər üçün 3 gecə, 4 günlük qalma qiyməti orta hesabla 240 manat təşkil edir. Həyət evlərində isə qiymətlər nisbətən daha münasibdir.

İsmayıllıda qiymətlər:

  • 1 otaqlı evlər - 50 manat
  • 2 otaqlı evlər - 80-90 manat
  • A-frame tipli evlər - 100-150 manat (şərait və dizayna görə dəyişir)

Şəki 4 nəfərlik ailənin 3 gecə qalaraq istirahət etməsi üçün təxminən 1500 manat vəsait tələb olunur. Qiymətlər evin səviyyəsinə görə dəyişir və 70-90 manat, 120-180 manat, 150-200 manat aralığında təkliflər mövcuddur.

Həmçinin 5-6 nəfərlik evlərin qiyməti100-150 manat, hovuzlu və böyük tutumlu villaların qiyməti  isə 250-500 manat arasında dəyişir.

Zaqatala da istirahət üçün ən uyğun rayonlardan biridir.  

Zaqatalıda qiymətlər:

  • 3-5 nəfərlik evlər - 40-50 manatdan başlayır
  • 10-12 nəfər və daha çox olduqda - 120-140 manat
  • Standart otaqlar (2 nəfərlik, səhər yeməyi daxil) - 25 manat
  • Digər otaqlar - 35-50 manat arası

Turizm üzrə ekspertlər bayram günlərində ölkə daxilində, xüsusilə Quba və Qusar istiqamətində 4 ulduzlu otellərdə 2 nəfər üçün 1 gecəlik qiymətlər 150-200 manatdan başlayır. Bu qiymətə səhər yeməyi və otelin daxilindəki əyləncə və SPA xidmətləri daxildir. 5 ulduzlu otellərdə isə qiymətlər 150-250 manat arasında dəyişir.

Bildirilir ki, Şəki, Zaqatala və Balakən bölgələri digər ərazilərlə müqayisədə nisbətən daha münasib hesab olunur.

Vətəndaşlar xaricdə də istirahət etməyə üstünlük verirlər.

Xarici turlar əsasən Dubay, İstanbul, Misir, Praqa, Budapeşt və Vyana istiqamətlərində təşkil olunur.

Xarici turlar üzrə qiymətlər:

  • Dubay - bayram dövründə 25-30% artım; 2 nəfər, 5 gecə 6 gün (səhər yeməyi daxil) - 1300-1500 dollar
  • Digər paketlər - 1000-1200 dollar
  • Tbilisi - 800-900 dollar
  • Misir - 2 nəfər üçün gediş-dönüş və qarşılanma daxil 2500-3500 dollar
  • Doha - 2000-2500 dollar

Göründüyü kimi, xaricdə istirahət daha baha başa gəlir.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
10
day.az

1Mənbələr