AZ

Rus qadınlarla arvadına xəyanətindən danışdı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən zəngin adamlarından biri olan Bill Qeyts, adı qalmaqallı milyarder Ceffri Epşteynlə hallandığına görə ilk dəfə bu qədər açıq danışıb. Fondunun əməkdaşları ilə görüşən Qeyts, vaxtilə Epşteynlə əlaqə qurmağını yanlışlıq kimi qəbul edib. O, bu səhvinə görə məsuliyyəti üzərinə götürərək hamıdan üzr istəyib. Milyarder bildirib ki, bu əlaqələr xeyriyyəçilik məqsədilə başlasa da, sonda həm özünə, həm də ətrafındakılara mənfi təsir edib.Demokrat.az xəbər verir ki, məsələ təkcə köhnə tanışlıqla bitmir. ABŞ Ədliyyə Nazirliyinin sənədlərində Qeytsin iki rus qadınla münasibəti olduğu iddia edilir. Qeyts isə bu münasibətlərin Epşteynin qurbanları ilə heç bir əlaqəsi olmadığını deyir. "Heç bir qanunsuz iş görməmişəm" deyən iş adamı, yayılan fotoların da Epşteynin istəyi ilə çəkildiyini vurğulayıb.Ancaq bu etiraflar onun keçmiş həyat yoldaşı Melinda Qeytsin ürəyini soyutmayıb. Melinda mediaya bildirib ki, bu mövzular onun üçün çox ağırdır və Bill hələ də bir çox suallara tam cavab verməlidir. Bu gərginlik fonunda Qeyts Hindistandakı mühüm toplantıya qatılmaqdan da imtina edib. Görünən odur ki, köhnə sənədlərin üzə çıxması milyarderin işlərini xeyli çətinə salıb.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırİsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
demokrat.az

1Mənbələr