Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın futbolçusu Kamilo Duran üçün əlamətdar olub.
QOL.az xəbər verir ki, 24 yaşlı hücumçu matçda fərqlənib və cari mövsüm turnirdəki qollarının sayını 5-ə çatdırıb.
Bununla da Duran Çempionlar Liqasında 1 mövsümə 5 qol vurmağı bacaran 2-ci kolumbiyalı futbolçu olub.
Daha əvvəl bu nəticəni "Monako"nun sabiq oyunçusu Radamel Falkao 2016/2017-ci illər mövsümündə göstərib.
Qeyd edək ki, Duran ötən ilin yayından "Qarabağ"ın formasını geyinir.