AZ

Fridrix Merts və Li Tsyan əməkdaşlığın inkişafına dair beş saziş imzalayıb - YENİLƏNİB

Pekində səfərdə olan Almaniya Kansleri Fridrix Merts və Çinin Baş naziri Li Tsyan beş hökumətlərarası saziş imzalayıb.

"Report" xəbər verir ki, bu barədə "Die Zeit" nəşri məlumat yayıb.

"Tərəflər iqlim dəyişikliyi və heyvan xəstəlikləri ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin futbol və stolüstü tennis assosiasiyaları arasında sazişlər imzalanıb", - məlumatda bildirilib.

Merts görüşdə Almaniyanın Çinlə iqtisadi əlaqələri dərinləşdirmək niyyətində olduğunu qeyd edib.

Li isə öz növbəsində, azad ticarətin və çoxtərəfliliyin qorunması üçün Almaniya ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

"Çin və Almaniya böyük təsirə malik iki mühüm ölkə olaraq əməkdaşlığa inamımızı möhkəmləndirməli, birlikdə çoxtərəfliliyi və azad ticarəti qorumalı, daha ədalətli və vicdanlı qlobal idarəetmə sisteminin qurulması üçün çalışmalıdır", - o bəyan edib.

Almaniya Kansleri Fridrix Merts Pekinə rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyinin məlumatında deyilir.

Bu, Mertsin vəzifəyə başladığı vaxtdan bəri Çinə ilk səfəridir. Səfər fevralın 26-na qədər davam edəcək.

Bildirilir ki, səfər zamanı o, Çin Sədri Si Cinpin və Baş nazir Li Tsyanla danışıqlar aparacaq. Görüşlər zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Seçilən
1
far.az

1Mənbələr