AZ

Ərdoğan: Hər bir oyunu pozmağa və sui-qəsdi puça çıxarmağa hazırıq

“Demək olar ki, hər gün yeni bir böhranın baş verdiyi bölgəmizdə hər bir addımı diqqətlə planlaşdırırıq və hər addımı diqqətlə atırıq. Unutmayın ki, hazırladığınız hər bir plan üçün bizim də öz planlarımız var”.
 

Ölkə.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  deyib. 
Ərdoğan bildirib ki, hər bir oyunu pozmağa və hər bir sui-qəsdi puça çıxarmağa  hazırıq. “Bu 23 illik təcrübəyə,  siyasətə və çox yaxşı planlaşdırılmış strategiyaya əsaslanır. Həm dostlarımız, həm də düşmənlərimizin açıq şəkildə gördüyü kimi, Türkiyə əvvəlkindən daha güclü, daha ayıq, daha bacarıqlı və daha qətiyyətlidir”, - o vurğulayıb.

Prezident Ərdoğan qeyd edib ki, yenidən formalaşan qlobal sistem daxilində öz bölgəsində aparıcı qüvvə kimi mövqeyini möhkəmləndirən bir Türkiyəni sürətlə qururuq:
“Türkiyə artıq fərqli bir liqada oyunçuya çevrilir.   

Min illik tarixində küldən ayağa qalxmış və saysız-hesabsız çətinliklərin öhdəsindən gəlmiş bir millət olaraq, məqsədimizə çatacağımıza, yeni bir Türkiyə quracağımıza inanıram.
"Türk Əsri" vizyonu ilə böyük və qüdrətli Türkiyəyə nail olacağıq”. 

 Mürtəza

Seçilən
12
2
olke.az

3Mənbələr